Nazir: “Azərbaycan “3+3” formatında keçirilmiş görüşü müsbət qiymətləndirir”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 27 dekabr 2021 11:57 (UTC +04:00)

““3+3” regional müzakirə platformasının yaradılması təşəbbüsü Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülüb ”.

APA-nın məlumatına görə, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında bildirib.

Nazir deyib ki, dekabr ayında “3+3” formatının təsis iclası Moskva şəhərində keçirilib: “İlk görüş “3+3” deyil, “3+2” formatında baş tutub. Məqsəd ilkin fikir mübadiləsi aparmaq idi. Region ölkələrinin problemləri masa arxasında müzakirə etməsi müsbət bir haldır. Biz bu görüşü müsbət qiymətləndirir, ilkin razılaşmaları məqbul sayırıq. Nəqliyyat, kommunikasiya, etimad quruculuğu və bir sıra digər məqamlar müzakirə mövzusu olub. Növbəti görüşlərin rotasiya əsasında ölkələrdə keçirilməsi barədə razılıq əldə olunub. Əlaqələndirmə işləri Xarici İşlər Nazirlikləri tərəfindən aparılacaq. Digər sahəvi nazirliklərin də koordinasiyalı şəkildə prosesdə iştirakı istisna olunmur. Bu platforma çərçivəsində daha yüksək səviyyəli görüş keçirilə bilər”.

C. Bayramov qeyd edib ki, ilk görüşdə Gürcüstanın iştirak etməməsinə baxmayaraq, görüşün nəticələri barədə Gürcüstanın məlumatlandırılması barədə razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR