Nazir Azərbaycanın reinteqrasiya prosesində ATƏT-in iştirakında maraqlı olduğunu bildirib

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 19 yanvar 2022 22:12 (UTC +04:00)

“Azərbaycan cari post-münaqişə mərhələsində həyata keçirilən quruculuq və reinteqrasiya proseslərində ATƏT-in layihə əsaslı iştirakında maraqlıdır”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşdə deyib.

Nazir Azərbaycanın ATƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb.

O, təşkilat ilə layihə əsaslı əməkdaşlığın həyata keçirilməsinin mühüm olduğunu qeyd edərək, bununla əlaqədar nəqliyyat bağlılığının inkişafı, yaşıl enerjinin təşviqi, ətraf mühit məsələlərində ATƏT ilə mövcud layihələrə məmnunluqla istinad edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR