Azərbaycanın təhlükəsizliyi bizim üçün Britaniyanın təhlükəsizliyi qədər vacibdir.
APA xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti ADA Universitetində "Birləşmiş Krallığın Xarici Siyasət Prioritetləri" mövzusunda keçirilən müzakirə zamanı deyib.
“Regional vəziyyəti və problemli qonşuları nəzərə alsaq Azərbaycan cəsarətli addım ataraq Ukraynaya humanitar yardım edib. Biz bunu yüksək qiymətləndiririk. Azərbaycan həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Ölkəniz enerji və nəqliyyat sahəsində vacib rol oynayır”, - nazir əlavə edib.
O qeyd edib ki, Böyük Britaniya və Azərbaycan arasında əməkdaşlıq əvvəllər daha çox enerji resurslarına əsaslansa da, indi bu müxtəlif sahələri əhatə edir və gələcəkdə də daha da şaxələnəcək.
Nazir Azərbaycanın “yaşıl enerji” potensialına da toxunaraq qeyd edib ki, artıq bu sahədə əməkdaşlıq başlayıb.