Nazir: “İşğal dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq”

Ceyhun Bayramov

© APA | Ceyhun Bayramov

# 07 iyul 2022 10:18 (UTC +04:00)

İşğal və müharibə dövründə baş vermiş cinayətlər haqda açıq danışmalıyıq.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində “Post-münaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda könüllü gənclərin iştirakı ilə Diplomatiya Həftəsinin açılış mərasimində deyib.

Nazirin sözlərinə görə, ərazilərin minalanması, ekologiyaya vurulan zərərlər, təbii sərvətlərin vəhşicəsinə talan olunması, mülki və dövlət infrastrukturun dağıdılması, Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərlə bağlı informasiyaların verilməməsi və s. cinayətlərlə bağlı qarşı tərəfin məsuliyyətə cəlb olunması vacibdir: “Onların məsuliyyətə cəlb olunması ilə bağlı mexanizm hazırlanmalıdır və artıq bu istiqamətdə bir sıra işlər görülüb”.

XİN rəhbəri Azərbaycan dövlətinin və xalqının sülhsevər olduğunu da diqqətə çatdırıb: “Bəli, biz sülhsevər dövlətik, biz sülhsevər xalqıq, biz gələcəyə baxırıq. Amma gələcəyə baxmaq o demək deyil ki, biz keçmişi unutmalıyıq və tarixdən düzgün dərslər çıxarmamalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR