Nazir: "Kommunikasiyaların bərpası ilə bağlı konkret sənədin ortaya qoyulmasını gözləyirik"  - VİDEO

Nazir: "Kommunikasiyaların bərpası ilə bağlı konkret sənədin ortaya qoyulmasını gözləyirik"  - VİDEO
# 26 may 2022 15:55 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ilk iclası keçirildi.

APA xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Ceyhun Bayramovun sözlərinə görə, kommunikasiyaların bərpası ilə bağlı konkret sənədin ortaya qoyulmasını gözləyirlər.

Nazir Azərbaycanın normallaşma istiqamətində sistemli addımlar atdığını diqqətə çatdırıb və xatırladıb ki, 2023-cü ildə Azərbaycan tərəfində avtomobil və dəmir yollarının inşası başa çatacaq.

XİN başçısı əlavə edib ki, Azərbaycan İranla bu istiqamətdə əməkdaşlıq edib, yaxın zamanlarda isə növbəti addımlar atılacaq.

“Delimitasiya ilə bağlı 30 ildə əməli addımlar atılmayıb. Bu, işğal faktı ilə bağlı idi. İşğal faktına son qoyulması ilə bu məsələnin leqal çərçivədə həllinin zamanı çatıb. Artıq Brüssel görüşündən sonra ilk birgə iclas baş tutdu. Bu, ilk addımdır və yolun başlanğıcıdır”, - Ceyhun Bayramov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR