Niderland XİN: Azərbaycanın İrandakı səfirliyinə hücum aktını pisləyirik

Niderland XİN: Azərbaycanın İrandakı səfirliyinə hücum aktını pisləyirik
# 27 yanvar 2023 18:48 (UTC +04:00)

Niderland Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İrandakı səfirliyinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə Niderland XİN-in "Twitter" hesabında paylaşım edilib.

"Niderland Azərbaycanın İrandakı səfirliyində bu gün baş verən zorakı hücum aktını pisləyir. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı istənilən hücum tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa tapmasını diləyirik”, - XİN-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR