Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib - VİDEO

Pakistanda Zəfər Günü ilə bağlı fləşmob keçirilib - VİDEO
# 08 noyabr 2022 10:57 (UTC +04:00)

Azərbaycan Respublikasının Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan fləşmoblar keçirib.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, fləşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Fləşmoblarda 800-dən artıq pakistanlı iştirak edib.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR