Paşinyan İran Prezidentini Brüssel görüşü barədə məlumatlandırıb

Paşinyan, Rəisi

© APA | Paşinyan, Rəisi

# 02 iyun 2022 12:42 (UTC +04:00)

İran Ermənistan və Azərbaycan arasında aparılan sülh danışıqlarında irəliləyişləri dəstəkləyir.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında deyib.

O qeyd edib ki, İran problemlərin region ölkələrinin əməkdaşlığı, qarşılıqlı hörmət və müştərək mənafeyinə uyğun həll olunmasına tərəfdardır.

Rəisi vurğulayıb ki, İran Ermənistanı özünə yaxın ölkə, dost ölkə hesab edir və Ermənistanla qonşuluğa önəm verir.

Nikol Paşinyan ölkəsinin İranla iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

Paşinyan İran Prezidentini Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları haqqında məlumatlandırıb. O, tez bir zamanda Tehranda “3+3” ölkələrinin iclasının keçirilməsinin zəruriliyinə toxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR