Qazaxıstan səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb

Qazaxıstan səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb
# 14 mart 2023 16:12 (UTC +04:00)

Qazaxıstan səfirinin diplomatik fəaliyyət müddəti başa çatıb.

APA xəbər verir ki, bu barədə bu gün Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov keçirdiyi mətbuat konfransında deyib.

"Azərbaycanla Qazaxıstanı dərin tarixi, mədəni əlaqələr birləşdirir. Şəxsən mənim özümü bu ölkəyə bağlayan bir çox məqamlar var, qızım burada anadan olub, oğlum 10 mayda - ümummilli lider Heydər Əliyevin doğum günündə anadan olub. Mən burada səfir kimi fəaliyyət göstərdiyim müddətdə Qarabağdakı şanlı və böyük qələbənin şahidi oldum.

Azərbaycanda çoxlu dostlarım var və əlbəttə ki, bu ölkəni kədər hissi ilə tərk edəcəyəm" - deyə Abdıkarimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR