Qərbi Azərbaycan İcmasının sədri: Ermənistan azərbaycanlıların geriyə qayıtmaq hüququnu tanımalıdır

Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədri

© APA | Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədri

# 11 noyabr 2022 19:10 (UTC +04:00)

“Ermənistan parlamentində 1988-ci ilə kimi Ermənistan SSR-də yaşamış insanlara sadələşdirilmiş qaydada vətəndaşlıq verilməsi barədə qanunvericilik təşəbbüsü irəli sürülüb. Bu, Ermənistandan qovulmuş azərbaycanlılarla bağlı qaldırılacaq tələblərimizi qabaqlamaq məqsədi daşıyır”.

Bunu APA-ya açıqlamasında Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

Əziz Ələkbərli deyib ki, Ermənistan icmanın geri qayıtmaq hüququnu fərdi müraciətlər müstəvisinə gətirib neytrallaşdırmaq istəyir: “Əvvəla, qətiyyən inanmıram ki, həmin məsələ 1988-ci ilə kimi Qərbi Azərbaycanda – Ermənistan SSR-də yaşamış azərbaycanlılara “Ermənistan Respublikası” vətəndaşlığı verilməsi məqsədi ilə irəli sürülmüş təşəbbüs olsun. 1988-ci ildə soydaşlarımız ata-babalarının min illər boyu yaşamış olduğu doğma ocaqlarından ermənilər tərəfindən hansı vəhşiliklərlə qovuldular, biz bunun canlı şahidləriyik. Ermənilərin 1988-ci ilə qədərki son 200 ildə və 1988-ci ildən sonrakı 34 il ərzində xalqımıza, mədəni irsimizə qarşı törətdiyi saysız-hesabsız cinayətlərini, vandalizm hərəkətlərini, faşist əməllərini də yaxşı bilirik. İndi kim isə fikirləşirsə ki, ermənilər dəyişib, insanlaşıb, deməli, ya erməniləri heç tanımır, ya da növbəti erməni oyununun qurbanıdır. Yox, əgər doğrudan da ermənilər Ermənistan parlamentində belə bir təşəbbüs irəli sürüblərsə, əmin olun ki, bu, erməni riyakarlığının növbəti bir həlqəsidir və ermənilər bu həlqəni keçirməyə boyun axtarışındadırlar. İkincisi, burada ermənilərin Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların hüquqlarının bərpa olunması məsələsini onlara fərdi qaydada vətəndaşlıq verilməsi səviyyəsinə qədər kiçiltmək cəhdi də ola bilər. Halbuki sonuncu deportasiya zamanı Qərbi Azərbaycandan 300 min nəfərə qədər insan qovulub və onların Qərbi Azərbaycan İcmasında rayonlar, kəndlər və ailələr üzrə adlı siyahısı tərtib olunmaqdadır. Biz bu siyahını masa üzərinə qoya bilərik və Ermənistan parlamenti onlara tarixi bəraət verməklə, həm də onların və onların varislərinin geriyə - öz ata-baba yurdlarına qayıtmaq hüququnu tanımalı, onlara və onların varislərinə 34 illik məhrumiyyətlərinə, itirdikləri əmlaka, məruz qaldıqları maddi və mənəvi zərərə görə təzminat ödəməlidirlər. Həm də təkcə 1988-1991-ci illərdə Qərbi Azərbaycandan qovulanlara yox, ilkin mərhələdə həm də 1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiya olunanlara, onların varislərinə də tarixi bəraət verilməli və onların geriyə qayıtmaq hüququ tanınmalıdır”.

Qərbi Azərbaycan İcmasının sədri qeyd edib ki, geriyə qayıdanların kompakt şəkildə yaşaması və təhlükəsizliyi üçün onlara ilkin mərhələdə ermənisiz ərazi ayrılmalıdır ki, bu ərazi indiki halda 1988-ci ilə qədər Qərbi Azərbaycanlıların sıx yaşadığı Zəngəzur, Dərələyəz, Göyçə mahalları və Qaraqoyunlu dərəsi ola bilər: “Geriyə qayıdanların fərdi və kollektiv hüquqları təmin edilməli, onlara Ermənistan dövləti tərəfindən xüsusi imtiyazlar verilməlidir. Amma əmin olun ki, Ermənistanda çətin ki, bir nəfər erməni tapmaq mümkün olsun ki, azərbaycanlıların geri qayıtmasını istəsin. Onların yeganə əlacı Dəmir Yumruqdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR