Rusiya XİN yenə Azərbaycan və Ermənistanı sərhədlərin delimitasiyasına başlamağa çağırıb

Rusiya XİN

© APA | Rusiya XİN

# 13 yanvar 2022 17:56 (UTC +04:00)

Biz Ermənistan-Azərbaycan dövlət sərhədindəki növbəti gərginlikdən ciddi narahatıq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

“Tərəfləri silahlı metodlardan istifadə etməkdən çəkinməyə və bütün mübahisəli məsələləri istisnasız olaraq siyasi-diplomatik yolla həll etməyə çağırırıq. Uzunmüddətli planda regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasının əsas resepti Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiya prosesinə başlanmasıdır. Bu barədə üç ölkə liderinin 26 noyabr 2021-ci il tarixli birgə bəyanatında da qeyd olunub. İkitərəfli komissiyanın yaradılması üzrə işləri aparmaq vacibdir. Rusiya buna hərtərəfli və məsləhətli yardımını etməyə hazırdır”, - XİN rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR