Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət edib - FOTO
# 19 aprel 2022 18:17 (UTC +04:00)

Aprelin 19-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

APA xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov ulu öndər Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Sonra Qırğızıstan dövlətinin başçısı və xanımı görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıblar, məzarı üzərinə tər güllər düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR