Sahibə Qafarova Antalya şəhərinə səfər edib - YENİLƏNİB

Sahibə Qafarova Antalya şəhərinə səfər edib - YENİLƏNİB
# 08 yanvar 2023 21:34 (UTC +04:00)

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfərə gəlib.

Milli Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyətini Antalya hava limanında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şamil Ayrım, ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri APA-nın 13-cü Plenar Sessiyasında çıxış edəcək, həmçinin onun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

***

17.25

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında iştirak etmək üçün Türkiyə Respublikasının Antalya şəhərinə səfər edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan İlham Məmmədov, Anar Məmmədov, Aydın Hüseynov, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.

Nümayəndə heyəti Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasının gündəliyinə daxil olan məsələlərin müzakirəsində iştirak edəcək, Azərbaycan tərəfinin mövqeyini bildirəcək.

Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirdə iştirak edəcək nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR