Sahibə Qafarova: Azərbaycan-İsrail münasibətləri möhkəm təmələ əsaslanır

Sahibə Qafarova: Azərbaycan-İsrail münasibətləri möhkəm təmələ əsaslanır
# 30 may 2023 20:18 (UTC +04:00)

Azərbaycan və İsrail arasında münasibətlər möhkəm təmələ əsaslanır.

APA xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova çıxışında deyib.

Milli Məclisin sədri Azərbaycan və İsrail arasında çox yaxın münasibətlərin mövcudluğuna toxunaraq deyib ki, İsrailin uğurlarını Azərbaycan xalqı rəğbətlə izləyir. "İki ölkə arasında münasibətlər qarşılıql hörmətə əsaslanır və dostluq münasibətləri iki ölkənin birləşdirir. Xalqlarımız arasında əlaqələr tarixi köklərə malikdir. Azərbaycan yəhudi icması Azərbaycanda sülh içində yaşayır. Yəhudi icması qayğı ilə əhatə olunub, onlar Azərbaycanın ictimai ictimai siyasi həytında fəal iştirak edir. Azərbaycan onların evidir. Onlar Azərbaycanın bütövlüyü uğrunda canlarında keçib. İsraildəki Azərbaycandan getmiş yəhudi icmasının üzvləri Azərbaycanla yaxın əlaqləri saxlayır.

Ölklərimiz arasında əlaqlər möhkəm təmələ əsaslanır. Diplomatik münasibətlər qurulduqdan bəri son 30 ildə əlaqlərimiz ardıcıl olaraq yüksələn xətlə inkişaf edib. Müxtəlif sahələrədə çoxşaxəli əməkdaşlığımız mövcuddur.

İkitərəfli gündəliyimiz daim yeni məzmunla zənginləşir".

Sahibə Qafarova vurğulayıb ki, 44 günlük Vətən müharibəsindən sonra azad edilmiz torpaqlarda yenidənqurma işlərində İsrail şirkətləri iştirak edir:

"İki ölkə arasında əlaqələrin inkişafı üçün böyük imkanlar mövcuddur. Biz birgə səylərlə mövcud potensialdan tam istifadəyə nail olacağıq. Əlaqələrimiz xalqlarımızn mənafeyinə uyğundur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR