Şarl Mişel: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik

Şarl Mişel: Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik
# 31 avqust 2022 19:43 (UTC +04:00)

Bu gün biz Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılığa gəldik və xarici işlər nazirlərini mətn layihələri üzərində işləmək üçün bir ay ərzində görüşmək barədə təlimatlandırdıq.

APA xəbər verir ki, bu barədə Aİ Şurası Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşlə bağlı bəyanatında bildirilib: “Biz humanitar məsələlər, o cümlədən minalardan təmizlənmə, saxlanılanlar və itkin düşənlərin taleyi ilə bağlı ətraflı müzakirə apardıq”.

Aİ Prezidentinin Azərbaycan tərəfinin diqqətinə erməni saxlanılanların azad edilməsinin vacibliyini çatdırdığı qeyd olunub.

Bildirilib ki, sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə təminatında irəliləyiş barədə bütün məqamlar nəzərdən keçirilib. Razılığa gəlinib ki, sərhədlərin delimitasiyasl üzrə Komissiyalarının növbəti iclası noyabrda Brüsseldə keçirilsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR