Səfir: Azərbaycan xalqı Çin mədəniyyətinə böyük maraq göstərir

Səfir: Azərbaycan xalqı Çin mədəniyyətinə böyük maraq göstərir
# 29 mart 2023 17:22 (UTC +04:00)

Mən düşünürəm ki, bu sərgi xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi üçün əhəmiyyətli addım olacaq.

APA xəbər verir ki, bunu Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min "Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından" sərgisinin açılış mərasimində jurnalistlərə deyib.

"Biz təzəlikcə Novruz bayramını qeyd etdik, Azərbaycan xalqının olduqca zəngin mədəniyyət tarixi var. Mədəniyyətlər arasında ayrı-seçkilik yoxdur və mən indi gördüm ki, Azərbaycan xalqı Çin mədəniyyətinə necə böyük maraq göstərir. Çinin tarixi 5 min il bundan əvvələ gedir çıxır və bu dövr ərzində çoxlu sayda mədəniyyət nümunələri yaradılıb. Azərbaycanın da zəngin mədəniyyəti və çox qədim tarixi var. Xalqlarımız arasında əlaqələrin yaranma tarixi də çox uzaq keçmişə malikdir. Bu sərginin açılmasında göstərdiyi köməyə görə Azərbaycana təşəkkürümü bildirirəm. Xalqlarımız arasında mədəni əlaqələrin inkişafı şübhəsiz ki, dostluğumuzun daha da möhkəmlənməsinə öz töhfəsini verəcək", - səfir deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR