Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “France24” telekanalının qondarma rejimin “rəhbəri” Araik Arutyunyanla müsahibəsinə münasibət bildirib.
APA xəbər verir ki, səfir “Twitter”də paylaşımında telekanalın bu addımını pisləyib.
Azərbaycanlı diplomatın sözlərinə görə, dünya tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24” tərəfindən yayımı separatizmin təbliğinə təkan verir, Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur və eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.