Səfir: Litva ən çox tvinninq layihələrini Azərbaycanda keçirib

Səfir: Litva ən çox tvinninq layihələrini Azərbaycanda keçirib
# 17 yanvar 2023 10:45 (UTC +04:00)

Litvanın Azərbaycanda həyata keçirdiyi tvinninq layihələrinin sayı həm Şərq Tərəfdaşlığının digər ölkələrində, həm də Qərbi Balkan ölkələrində həyata keçirdiyi layihələrdən daha çoxdur.

APA xəbər verir ki, bu barədə Litvanın Azərbaycandakı səfiri Egidius Navikas "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

“Tvinninq layihəsi hər iki tərəfin qələbəsi deməkdir. Belə layihələrdən hər iki tərəf qazanır, öyrənir. İndiyədək Azərbaycanda 17-yə qədər layihə həyata keçirmişik. Hazırda 6 layihəmiz davam edir”, - səfir bildirib.

Diplomat bunu bir ölkədə Litvanın həyata keçirdiyi ən böyük göstərici adlandırıb: “Hər iki ölkə illər ərzində Sovet İttifaqının əsiri olub və ona görə də bizim ortaq tariximiz, ortaq sosial müavinət sistemimiz olub. Bu səbəbdən də bizim öz təcrübələrimizi bölüşməyimiz vacibdir və daha səmərəlidir”.

Səfir iki ölkə arasında bir neçə layihə həyat keçirildiyini və sənədlər imzalandığını vurğulayıb.

“Sosial sahə deyərdim ki, ən uğurlu əməkdaşlıq sahəmizdir”, - Egidius Navikas əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR