Səfir: “Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır”

Serjan Abdıkərimov

© APA | Serjan Abdıkərimov

# 12 yanvar 2022 15:46 (UTC +04:00)

Sabiq prezident Nursultan Nazarbayev hazırda Qazaxıstanın paytaxtındadır.

APA-nın xəbərinə görə, bu barədə bu gün Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov keçirdiyi mətbuat konfransında bildirib.

Səfir Nazarbayevin mətbuat katibi Aidos Ukibayın məlumatına istinad edib.

Nursultan Nazarbayev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə daimi təmasdadır.

Səfir diqqətə çatdırıb ki, Nazarbayevin dost ölkələrin rəhbərləri ilə bir neçə telefon danışığı olub.

“O, daimi olaraq vəziyyəti izləyir”, - diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR