Səfir Tokayevin Almatıda 20 min terrorçunun olmasına dair fikrinə münasibət bildirib

Serjan Abdıkərimov

© APA | Serjan Abdıkərimov

# 12 yanvar 2022 16:23 (UTC +04:00)

Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Prezident Kasım-Jomart Tokayevin Almatı şəhərində 20 min terrorçunun olması barədə səsləndirdiyi fikrə münasibət bildirib.

Səfir bu gün keçirdiyi mətbuat konfransında APA-nın sualına cavab olaraq deyib ki, 20 min silahlının sayı ilk olaraq daxili işlər naziri səsləndirib.

Səfirin sözlərinə görə, bunlar təxmini hesablamalardır. Ola bilsin ki, müvafiq rəqəm arta və ya azala bilər.

“Bu, Almatıda silsilə hücumlar həyata keçirən kütləyə verilən qiyməti idi. Şəhərin mərkəzi praktiki olaraq talan edilib. Eyni mənzərə ölkənin bir sıra şəhərlərində də müşahidə olunub. Söhbət silahlı şəxslərdən, o cümlədən Qazaxıstan vətəndaşlarından gedir. Hələlik antiterror əməliyyatı başa çatmayıb, silahlıların tapılması və zərərsizləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Silahlıların Əfqanıstan və Yaxın Şərq də daxil olmaqla qonşu ölkələrdən olması barədə məlumat var idi”, - Serjan Abdıkərimov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR