Səfir: "Yaponiya-Azərbaycan dostluq əlaqəsi gələcək illərdə də inkişaf edəcək"

Səfir: "Yaponiya-Azərbaycan dostluq əlaqəsi gələcək illərdə də inkişaf edəcək"
# 28 aprel 2022 14:39 (UTC +04:00)

"Bu il Yaponiya və Azərbaycanın diplomatik dostluq əlaqəsinin 30-cu ildönümüdür. Bu dostluq çərçivəsində Azərbaycan Dillər Universitetindəki layihə bizi sevindirir, ümid edirik ki, bu cür layihələr davam edəcək və Yaponiya-Azərbaycan dostluq əlaqəsi gələcək illərdə də inkişaf edəcək".

APA xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi ADU-dakı "Yapon dili departamenti" və "Yapon mərkəzi"nin açılışı zamanı jurnalistələrə açıqlamasında deyib.

Səfir iki ölkə arasındakı qeyri-neft sektorunun inkişafı məsələsinə də toxunub: "İki ölkə arasında bir sıra iqtisadi əlaqələr var və inkişaf etməkdir. Xüsusilə neft, qaz sektorunu qeyd etmək istəyərdim. Lakin son illərdə artıq qeyri-neft sektoru üzərində əlaqələr də qurulmaqdadır. Necə ki "Green energi" bunlardan biridir" - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR