Səfirlik: ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur

Səfirlik: ABŞ Xəzərdə təhlükəsizliyi gücləndirmək üçün Azərbaycanla tərəfdaşlıqdan qürur duyur
# 18 may 2022 15:34 (UTC +04:00)

Bu gün səfir Li Litzenberqer Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini qarşılayıb.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR