Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib

Ştaynmayer Almaniyanın Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib
# 14 mart 2023 17:27 (UTC +04:00)

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyini bir daha ifadə edib.

APA xəbər verir ki, Frank-Valter Ştaynmayer bu barədə Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

Almaniya Prezidenti ümidvar olduğunu bildirib ki, tezliklə Brüsseldə Azərbaycan və Ermənistan dövlət başçıları arasında görüş keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR