TDT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyib

TDT Azərbaycan ərazisində təbii sərvətlərin qanunsuz istismarını pisləyib
# 13 yanvar 2023 21:04 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından ciddi narahatlığını bildirir və bu addımları pisləyir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə təşkilatın beyanatında deyilir.

Qeyd olunub ki, Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarı, Ermənistana qaçaqmalçılıq yolu ilə gətirilməsi, Azərbaycan ərazisində Ermənistan silahlı qüvvələrinin qalıqlarının qanunsuz mövcudluğu və ərazilərin minalanması Azərbaycanla Ermənistan arasında münasibətlərin hörmət və qarşılıqlı tanınma əsasında normallaşdırılması, bir-birinin suverenliyini, ərazi bütövlüyünü və regionda sülhün və sabitliyin təmin edilməsinə xidmət etmir.

TDT yuxarıda qeyd olunan qanunsuz əməllərə dərhal son qoymağa çağıraraq, bununla bağlı Azərbaycanın və eko-fəalların bütün səylərini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR