Toivo Klaar Qriqoryanla Azərbaycanla normallaşma prosesini müzakirə edib

Toivo Klaar Qriqoryanla Azərbaycanla normallaşma prosesini müzakirə edib
# 03 iyun 2022 13:14 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryanla görüşüb.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, görüş Aİ-nin xüsusi nümayəndəsinin Ermənistana səfəri çərçivəsində baş tutub.

Görüşdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və humanitar məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR