Türkiyə səfiri: Azərbaycanın zəfəri ilə bölgəyə sülh, sabitlik və inkişaf gəlib

Ali Kaan Orbay

© APA | Ali Kaan Orbay

# 08 noyabr 2022 15:37 (UTC +04:00)

Türkiyənin haqlı mücadiləsində hər zaman Azərbaycanın yanında olub və bundan sonra da olacaq.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay Bolnisinin Saraclı kəndində Vətən müharibəsi şəhidi Elvin Əlimərdanovun adına bulağın açılışı zamanı deyib.

O, Azərbaycanın zəfərinin dünyanın ən haqlı qələbələrindən biri olduğunu vurğulayıb.

“Azərbaycanın zəfəri ilə, əzəli torpaqlarının işğaldan azad edilməsi ilə bölgəyə sülh, sabitlik və inkişaf da gəlib. İşğaldan azad olunan torpaqların bərpası və dirçəldilməsi işində Türkiyə Azərbaycanın yanında olmaqda davam edəcək. Azərbaycanın Zəfəri dünyada ən haqlı qələbələrdən biridir”, - səfir qeyd edib.

Ali Kaan Orbay Azərbaycan dövlətini və xalqını Zəfər Günü münasibətilə təbrik edib, zəfərin daimi olmasını arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR