Von der Leyen: "Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”

Von der Leyen: "Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”
# 18 iyul 2022 16:27 (UTC +04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev ilə enerji və Aİ-Azərbaycan münasibətlərinin vəziyyəti barədə xoş görüşümüz oldu”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

“Gəlin iqtisadi əlaqələrimizi gücləndirək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraq. Əlaqələnmə burada həlledici olacaq. Aİ Azərbaycanla işləmək, Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq istəyir”, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR