XIN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə cəhdlərinə son qoymalıdır

XIN: Ermənistan Azərbaycanın erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə cəhdlərinə son qoymalıdır
# 19 mart 2023 16:58 (UTC +04:00)

Ermənistan tərəfi şərt sürmək alışqanlığını unutmayaraq, indi də, Azərbaycanın erməni sakinlərinin reinteqrasiyası fəaliyyətinə müdaxilə edir.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 18 mart tarixli bəyanatına cavabında əksini tapıb.

Qeyd edilib ki, Ermənistan tərəfi Azərbaycan tərəfinin erməni sakinlərlə dialoq aparmaq istiqamətində qərarlı fəaliyyətinə mane olmaq məqsədilə, erməni sakinlərinin nümayəndələrini növbəti dialoqun Bakıda keçirilməsi təklifinə qarşı çıxmasına və prosesə dair 3 şərt irəli sürülməsinə vadar edən təxribatlara yol verir: “Ermənistan tərəfinin bununla, son iki ildə yeni Laçın yolunun çəkilişi, Sərsəng su anbarı və bir sıra digər istiqamətlərdə erməni sakinlərlə uğurlu dialoqu həzm etmədiyi görünür. Ermənistan tərəfinin “reinteqrasiya” termininə düşmən münasibətini gizlətməməsi və bu anlayışı dialoq və sülhə qarşı çağırış kimi qələmə verməsi, onun əsassız ərazi iddialarını yeni forma və yeni adlar altında davam etdirmək niyyətindən xəbər verir. Ermənistan tərəfi bölgədə sülhdə maraqlıdırsa, Azərbaycanın mərkəzi hakimiyyət orqanlarının erməni sakinlərin reinteqrasiya məqsədli təmaslarına müdaxilə etməyə, buna əngəl törətmək cəhdlərinə son qoymalıdır”.

Ayxan Hacızadə nəzərə çatdırıb ki, Ermənistan XİN-in bu ölkənin monoetnik dövlət olmamasını beynəlxalq ictimaiyyəti inandırmaq cəhdlərini Ermənistanın əslində monoetnikliyin çoxmillətli Qafqaz bölgəsində anomaliya olduğunu anlamaq istiqamətində ilk addımları kimi qiymətləndirmək olar: “Azərbaycanın çoxmillətli dövlət kimi uğurları əleyhinə Ermənistanın iddiaları ilə bağlı qeyd edək ki, Azərbaycan ərazisində bir çox etnik xalqların vəhdət və sabitlik şəraitində yaşadığı, dövlətin uğuruna güc qatdığı, Milli Məclis üzvlüyü daxil, bir sıra yüksək vəzifələr tutduqları yaxşı məlumdur. Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlığı hüquq ilə yanaşı bir öhdəlikdir. Bunları qəbul edən erməni sakinlərin Azərbaycanda yaşaması üçün lazımi şərait yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR