XİN rəhbəri: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir

XİN rəhbəri: Üçüncü tərəflərin təsiri ilə Ermənistanın destruktivlik nümayiş etdirməsi qəbuledilməzdir
# 05 noyabr 2022 10:45 (UTC +04:00)

Bölgədə yeni əməkdaşlıq imkanları yaran bir dövrdə, 30 il yaşayış olmayan bu ərazilərdə yeni bərpa quruculuq işləri aparılan bir dövrdə, hər hansı üçüncü tərəflərin təxribatyönümlü addımlar atması və ya onların təsiri ilə qarşı tərəfin addım atması, destruktivlik nümayiş etdirməsi yolverilməzdir, qəbuledilməzdir.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov XİN-də 8 noyabr – Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, Azərbaycan buna yol verməyəcək: “Azərbaycan bütün təxribatların qarşısını qətiyyətlə alacaq. Bizim strategiyamız bəllidir, biz beynəlxalq hüququn prinsiplərinə və normalarına uyğun olaraq, qarşılıqlı ərazi bütövlüyünün tanınması və ona hörmət edilməsi ilə əməkdaşlığın qurulmasını istəyirik və bu istiqamətdə işləməyə davam edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR