YAP nümayəndələri Samsunda AK partiyanın sədr müavini ilə görüşüb - FOTO

YAP nümayəndələri Samsunda AK partiyanın sədr müavini ilə görüşüb  - FOTO
# 11 may 2023 13:36 (UTC +04:00)

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Samsun millət vəkili, AK partiyanın sədr müavini Çiğdem Karaaslanla görüşüb.

APA-nın Samsuna ezam olunan müxbiri xəbər verir ki, görüş Samsun muzeyində baş tutub.

Görüşdən əvvəl nümayəndə heyəti muzeyi gəzib və Samsun şəhərinin tarixi ilə bağlı məlumatlandırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova görüş zamanı Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən danışıb.

Hicran Hüseynova qarşıdan gələn seçkilərdə Türkiyə xalqına uğurlar arzu edib və ümid edib ki, xalq seçimini doğrudan yana edəcək.

Çiğdem Karaaslan çıxışında Azərbaycan nümayəndə heyətini Samsunda görməkdən məmnun olduğunu qeyd edib.

Millət vəkili ölkələrimiz arasında qardaşlıq münasibətlərindən geniş danışıb və bu münasibətlərin əbədi olduğunu deyib.

Sonra ümümi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR