Almaniya səfiri Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib

Almaniya səfiri Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib
# 31 yanvar 2020 10:47 (UTC +04:00)

Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə bağlı paylaşım edib.

APA-nın xəbərinə görə, almaniyalı diplomatın paylaşımı “Twitter”də yayımlanıb.

“Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə, 136-cı doğum gününüz mübarək!”, - deyə Maniq qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. M. Ə. Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR