Ankarada Azərbaycana dəstək aksiyası keçirilib

Ankarada Azərbaycana dəstək aksiyası keçirilib
# 08 avqust 2020 17:45 (UTC +04:00)

Bu gün Türkiyənin paytaxtı Ankara şəhərinin Ulus rayonunda Mustafa Kamal Atatürkün heykəli önündə Azərbaycana dəstək aksiyası keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, koronavirusla əlaqədar sosial izolyasiya tədbirlərinə uyğun keçirilən aksiyaya Ankarada yaşayan azərbaycanlılar və yerli sakinlər qatılıblar.

Aksiya zamanı ermənilərin, erməni lobbisinin və onların havadarlarının türk dünyasına, Azərbaycan və Türkiyəyə yönəlmiş təcavüzkar, işğalçı davranışları pislənilib.

Aksiyanın təşkilatçısı jurnalist Şeyda Nəsibli təcavüzkar Ermənistanın törətdiyi təxribatlarla bağlı tarixi faktları sadalayıb.

Aksiya iştirakçıları bu il iyulun 12-dən başlayaraq Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi hərbi təxribatı qınayıblar.

Aksiyada “Cansa can, qansa qan, biz hazırıq Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Xocalıya ədalət”, “Erməni işğalına son”, “Bir millət, iki dövlət” şüarları səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR