Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin Qarabağla bağlı danışıqları sabah da davam edəcək

Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin Qarabağla bağlı danışıqları sabah da davam edəcək
# 14 noyabr 2020 00:12 (UTC +04:00)

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə Ankaraya səfər edən Rusiya nümayəndə heyətinin bu günkü danışıqları başa çatıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair məsələlər sabah da müzakirə olunacaq.

Qeyd edək ki, bu gün Ankaraya Rusiyadan 20 nəfərlik iki heyət gəlib. Heyətlərdən biri İdlib daxil olmaqla Suriyadakı, digəri isə Qarabağdakı vəziyyəti türk hərbi heyətlə birgə müzakirə ediblər.

Heytələr öncə Türkiyə Xarici İşlər nazirinin müavini Sedat Önalla görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR