Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir

Azərbaycan Prezidentinə təbriklər gəlməkdə davam edir
  • Clock-gray 18:05
  • calendar-gray 24 Dekabr 2019

Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Rusiya Federasiyası İctimai Palatasının üzvü Müfti Albir Krqanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Möhtərəm İlham Heydər oğlu.

İcazə verin, Rusiya Müsəlmanları Ruhani Məclisi adından və şəxsən öz adımdan Sizi həyatınızda əlamətdar hadisə olan ad gününüz münasibətilə ürəkdən təbrik edim.

Siz Azərbaycan Respublikasının rəhbəri kimi, İslam dininin sülh, xeyirxahlıq və ədalət prinsiplərini əsas götürərək Azərbaycan xalqının rifahı naminə yorulmadan çalışırsınız. Siz daimi və yorulmaz işiniz sayəsində özünüzü Azərbaycanın taleyi üçün yüksək məsuliyyət hiss edən müdrik, əzmkar, insanların qayğısına qalan dövlət xadimi kimi göstərmisiniz.

Müasir Azərbaycan sosial-iqtisadi uğur və millətlərarası sülh nümunəsi olmaqla yanaşı, Sizin səyləriniz sayəsində öz qədim köklərinə qayıdır və tarixi möhtəşəmliyini dirçəldir.

Vicdanlı əməyinizə, mənəvi səxavətinizə və həssas qəlbinizə görə Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk. Həyatınızın hər günü sülh, harmoniya və sevgi ilə dolu olsun.

Sizə qüvvət, gümrahlıq, enerji, müdriklik və çətin işinizdə səbir diləyirəm. Qadir Allah Sizin bütün əməli-saleh işlərinizi, səmimi dualarınızı qəbul etsin, hər iki dünyada onların əvəzini versin”.

Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir: 

“Möhtərəm İlham Heydər oğlu.

Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, uzun ömür, tükənməz enerji, bütün planlarınızın reallaşmasını, məsul fəaliyyətinizdə uğurlar, xoşbəxtlik və firavanlıq arzu edirəm.

Azərbaycan Respublikası ilə Həştərxan vilayəti arasında qarşılıqlı dostluq münasibətlərinin və işgüzar tərəfdaşlığın uğurlu inkişafına şəxsi töhfənizə, bunun üçün göstərdiyiniz daimi diqqət və dəstəyə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu diqqət və dəstək sayəsində bizim regionda çox mühüm birgə layihələr həyata keçirilir.

Ümidvaram ki, bizim aramızda yaranmış konstruktiv dialoq bundan sonra da Həştərxan vilayəti ilə Azərbaycanın əməkdaşlığının dərinləşməsinə kömək edəcək”.

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: 

“Möhtərəm cənab Prezident.

İcazə verin, ad gününüz münasibətilə Sizi ürəkdən təbrik edim.

Sizin uzaqgörən strateq və parlaq siyasətçi kimi hərtərəfli istedadınız, gərgin əməyiniz və fədakarlığınız Azərbaycanın güclü müstəqil dövlət quruculuğunda nail olduğu böyük uğurların əsasını təşkil edir.

Sizin yüksək peşəkarlığınızın, görkəmli lider keyfiyyətlərinizin və səylərinizin səmərəli uzlaşması sayəsində respublika sosial-iqtisadi sahənin inkişafında keyfiyyətcə yeni səviyyəyə çatıb, beynəlxalq arenada öz nüfuzunun şəksiz qəbul edilməsinə nail olub.

Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür və tükənməz enerji arzu edirəm. Qoy Sizin müdrikliyiniz və hərtərəfli dərin bilikləriniz qardaş Azərbaycanın daha da firavanlaşmasının və yeni uğurlarının əsası olsun”.

 

 

apa-logo-mini

Digər xəbərlər