Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının həmsədrləri videokonfrans formatında görüş keçirib

Azərbaycan-Rusiya Hökumətlərarası komissiyasının həmsədrləri videokonfrans formatında görüş keçirib
# 12 iyun 2020 13:47 (UTC +04:00)

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökumətinin sədr müavini, Komissiyanın Rusiya tərəfindən həmsədri Aleksey Overçuk arasında videokonfrans formatında görüş keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində hər iki ölkədə görülən tədbirlər haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR