Azərbaycan-Türkiyə Birgə Media Platforması formalaşdırmaq üçün işçi komissiya yaradılacaq

Azərbaycan-Türkiyə Birgə Media Platforması formalaşdırmaq üçün işçi komissiya yaradılacaq
# 18 yanvar 2021 18:14 (UTC +04:00)

Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisinin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilmiş "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:

- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;

- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;

- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;

- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;

- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;

- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;

- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.

Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR