Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb - FOTO

Azərbaycan bayrağı Estoniyanın paytaxtında da işıqlandırılıb - FOTO
# 29 may 2020 00:10 (UTC +04:00)

28 May - Respublika Günü münasibətilə Estoniyanın paytaxtı Tallindəki Azadlıq meydanında Azərbaycan bayrağı əks olunub.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Estoniyadakı səfiri Murad Nəcəfbəyli "Twitter" səhifəsində bildirib.

"Tallin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünü qeyd edir. Bu münasibətlə şəhərin əsas meydanı olan Azadlıq meydanı Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu vacib günü bizimlə qeyd etdiyi üçün Tallinə təşəkkür edirəm", - deyə səfir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR