Azərbaycan səfirliyi koronavirusa yoluxmuş Boris Consonla bağlı paylaşım edib

Azərbaycan səfirliyi koronavirusa yoluxmuş Boris Consonla bağlı paylaşım edib
# 07 aprel 2020 13:50 (UTC +04:00)

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi Baş nazir Boris Consonun tezliklə sağalması ilə bağlı mesaj yayımlayıb.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, səfirliyin “Twitter” hesabında yayımlanan mesajda Baş nazirin tezliklə sağalmasının arzu edildiyi bildirilib.

“Bütün düşüncələrimiz və dualarımız koronavirusla mübarizə aparanlardadır”, - deyə mesajda qeyd edilib.

Qeyd edək ki, Böyük Britaniyanın koronavirusa yoluxmuş Baş naziri Boris Conson dünən vəziyyəti pisləşdiyi üçün reanimasiya şöbəsinə yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR