Azərbaycan və Banqladeş XİN başçıları arasında telefon danışığı olub

Azərbaycan və Banqladeş XİN başçıları arasında telefon danışığı olub
  • Clock-gray 17:17
  • calendar-gray 24 İyun 2020

Bu gün Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun Banqladeşdən olan həmkarı A. K. Abdul Momenlə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hazırkı qlobal vəziyyətə toxunan nazirlər COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkələr tərəfindən həyata keçirilən tədbirlər üzrə məlumat mübadiləsi aparıb və bu xüsusda, beynəlxalq həmrəyliyin və qarşılıqlı yardımın vacib olduğunu qeyd ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələri üzrə fikir mübadiləsi apararaq, Azərbaycan və Banqladeş arasındakı siyasi münasibətlərin cari vəziyyətini məmnunluqla qeyd ediblər.

Eyni zamanda, ikitərəfli iqtisadi-ticarət münasibətlərini müzakirə edən tərəflər, gələcəkdə bu münasibətlərin genişləndirilməsi imkanlarının araşdırılmasının əhəmiyyətini bildiriblər.

Tərəflər habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələsinə toxunublar və gələcəkdə bu əməkdaşlığın davam etdirilməsinə razılıq ifadə ediblər.

apa-logo-mini

Digər xəbərlər