Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Gürcüstanın Xarici İşlər nazirləri arasında telefon danışığı olub
# 17 iyul 2020 19:15 (UTC +04:00)

Bu Xarici İşlər naziri Ceyhun Bayramovla Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı olub.

XİN mətbuat xidməti idarəsindən APA-ya verilən məlumata görə, Ceyhun Bayramov Gürcüstandan olan həmkarının təbriklərini qəbul edib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR