Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB

Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı olub - YENİLƏNİB
  • Clock-gray 16:24
  • calendar-gray 05 Dekabr 2020

Azərbacan Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya bildirilib ki, bu ilin 5 dekabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixində imzaladığı bəyanatdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.

***

15:42

Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Larvov arasında telefon danışığı olub.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat və İnformasiya departamentindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, telefon danışığı zamanı nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli bəyanatının icrasının gedişatını, tərəflərin Rusiya sülhməramlıları ilə əməkdaşlığını, ikitərəfli əməkdaşlığa dair aktual mövzuları, eləcə də beynəlxalq gündəmdə duran məsələləri müzakirə ediblər.

Fərid Əkbərov

Digər xəbərlər