Baş Assambleyanın Prezidenti: “Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir”

Baş Assambleyanın Prezidenti: “Azərbaycan BMT üçün əhəmiyyətli ölkədir”
  • Clock-gray 10:52
  • calendar-gray 09 Aprel 2021

“Azərbaycan Birləşmiş Millətlər Təşkilatı (BMT) üçün əhəmiyyətli ölkədir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının (BA) Prezidenti, 75-ci sessiyasının sədri Volkan Bozkır deyib.

O, sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirildiyini vurğulayıb: “Xüsusi sessiya həqiqətən çox böyük uğurla başa çatdı. İlk dəfə pandemiyadan sonra BMT-də COVID-19-la bağlı güclü mesajlar verildi”.

V. Bozkır qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul edib. Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısı ilə görüşdə bölgədə mövcud vəziyyəti və BMT-nin gündəliyində duran məsələləri müzakirə ediblər.

Zümrüd Paşkin

Digər xəbərlər