Bayden: “Administrasiyam regional barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışacaq”

Bayden: “Administrasiyam regional barışıq məsələlərinin həllində Azərbaycanla birgə çalışacaq”
# 18 mart 2021 13:45 (UTC +04:00)

“Mənim administrasiyam təhlükəsizliklə bağlı ümumi narahatlıqlar və regional barışıq məsələlərinin həlli istiqamətində Azərbaycanla birgə çalışacaq”.

APA xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə bildirilib.

“ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə uzunmüddətli həllinə nail olmaq üçün tərəflərə yardım etməyə, firavan və dinc gələcək naminə Ermənistan və Azərbaycan arasında barışığın təşviq olunmasına sadiq qalırıq”, - təbrikdə qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR