Beynəlxalq Türk Akademiyasının Prezidenti Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Bəyanat verib

Beynəlxalq Türk Akademiyasının Prezidenti Azərbaycanlıların Soyqırımı günü ilə bağlı Bəyanat verib
# 31 mart 2021 11:32 (UTC +04:00)

Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırəli "31 Mart - Azərbaycanlıların Soyqırımı Günü" ilə bağlı Bəyanat yayıb.

APA-nın məlumatına görə, Bəyanatda deyilir: ““1918-ci ilin mart ayından başlayaraq iki ay ərzində erməni daşnakları Azərbaycanın fərqli bölgələrində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri, tarixi mədəni abidələr, məscidlər dağıdılmışdır. Təəssüf ki, onların bu qeyri-insani əməllərinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş və bunun nəticəsidir ki, illər sonra Xocalıda və digər yerlərdə bənzər cinayətlər yenidən törədilmişdir.

Tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı törədilən bu cür qətliamlara dünya ictimaiyyətinin diqqətini çəkmək məqsədilə Azərbaycan xalqının Ümumilli lideri Heydər Əliyev tərəfindən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü elan edilmişdir.

Beynəlxalq Türk Akademiyası olaraq, 31 Mart soyqırımı qurbanlarına rəhmətlə anır, qardaş Azərbaycan xalqına və dövlətinə dəstəyimizi ifadə edir, bir daha belə qeyri-insani əməllərin baş verməməsi, sülhün və əmin-amanlığın təmin olunması üçün dünya birliyini bu hadisələrə münasibətdə ədalətli olmağa çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR