Britaniyanın Azərbaycandakı Səfirliyi Silahlı Qüvvələr günü paylaşım edib

Britaniyanın Azərbaycandakı Səfirliyi Silahlı Qüvvələr günü paylaşım edib
  • Clock-gray 10:24
  • calendar-gray 26 İyun 2020

Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, Səfirliyin "Facebook" səhifəsindəki paylaşımda yazılıb: Silahlı Qüvvələr Gününüz Mübarək! Böyük Britaniya Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Silahlı Qüvvələrinə səmimi təbriklərini çatdırır. Ölkələrimiz arasında güclü ikitərəfli münasibətləri inkişaf etdirməyə, həmçinin NATO vasitəsilə və çoxmillətli əməliyyatlar üzrə əməkdaşlıq etməyə davam edirik. COVİD-19-un çətinliklərinə baxmayaraq, azərbaycanlı zabitlər güclü əlaqələri və qarşılıqlı anlaşmanı möhkəmləndirərək Böyük Britaniyada təlimlərinə davam edirlər.

Zümrüd Paşkin

Digər xəbərlər