Ceyhun Bayramov Fransa XİN-in rəhbəri ilə telefonla danışıb

Ceyhun Bayramov Fransa XİN-in rəhbəri ilə telefonla danışıb
  • Clock-gray 23:59
  • calendar-gray 20 Noyabr 2020

Bu ilin 20 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Fransa Respublikasının Xarici İşlər naziri Jan İv Lö Drian arasında telefon danışığı baş tutub.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, tərəflər bölgədəki son vəziyyət, 9 noyabr tarixli üçtərəfli bəyanatın icrası, razılaşmadan irəli gələn bir-sıra məsələlər, eləcə də humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər Dağlıq Qarabağ və ətraf rayonlarda tarixi, dini abidələrin vəziyyətinin öyrənilməsi və qorunmasının vacibliyini vurğulayıb və bu istiqamətdə əməkdaşlığın həyata keçirilməsini qeyd ediblər.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

apa-logo-mini

Digər xəbərlər