Ceyhun Bayramov Moskvaya yola düşüb

Ceyhun Bayramov Moskvaya yola düşüb
# 01 aprel 2021 10:35 (UTC +04:00)

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Moskva şəhərinə yola düşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR