Ceyhun Bayramovla Litvanın Xarici işlər naziri arasında telefon danışığı olub

Ceyhun Bayramovla Litvanın Xarici işlər naziri arasında telefon danışığı olub
  • Clock-gray 19:17
  • calendar-gray 17 İyul 2020

 Xarici İşlər naziri Ceyhun Bayramovla Litva Xarici İşlər naziri Linas Linkeviçius arasında telefon danışığı baş tutub.

Xarici İşlər nazirliyindən APA-ya verilən xəbərə görə, nazir Linas Linkeviçius Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olması münasibətilə Ceyhun Bayramovu təbrik edib, ona gələcək fəaliyyətində müvəffəqiyyətlər arzu edib.

Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların gələcək inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını məlumatlandırıb. O, bölgədə yaşanan gərginliyin əsas səbəbinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxındır ki, davam edən təcavüz siyasəti və Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının hərbi işğal altında saxlaması, eləcə də bu ərazilərdə yerli azərbaycanlılara qarşı etnik təmizləmənin həyata keçirilməsi olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.

apa-logo-mini

Digər xəbərlər