Deputat: “Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır”

Deputat: “Azərbaycan öz ərazisində antiterror əməliyyatları aparır”
# 02 oktyabr 2020 12:04 (UTC +04:00)

“Azərbaycan xalqının iradəsini əks etdirən qurum olaraq Milli Məclis Fransa Prezidentinə və dövlətinə kəskin etirazını bildirməlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva deyib.

Mill't vəkili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransa Prezidenti Emmanuel Makrona tarix bilgisinin zəif olduğunu söylədiyini xatırladıb: "Görünür Makronun yalnız tarix bilgisi deyil, digər sahələrdəki bilgisi də yetərli deyil".

Millət vəkili Fransanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu halda müharibəni başladan və uzun illər boyu Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanı birtərəfli qaydada müdafiə etdiyini bildirib: “Belə yanaşma sülhyaratma missiyası və beynəlxalq hüquq normalarının elementar tələblərinə cavab vermir. Fransa Prezidenti BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yada salaraq məsələyə ədalətli yanaşmağa, ən azı neytral qalmağa borcludur. Fransa Prezidentinın belə ədalətsiz mövqeyi işğalçı Ermənistanı xilas edə bilməyəcək və Azərbaycan xalqı öz Ali Baş Komandanının, Ordumuzun yanında olaraq, işğala son qoyacaq”.

Deputat Zahid Oruc isə qeyd edib ki, verilən hər bir bəyanat bizim dostlarımızın sayını artırmalıdır.

“Biz illərdir, bu siyasəti yürüdürük. Doğrudur, indi o dostlarımızın aktiv dəstəyini görmürük. Amma Azərbaycan yeni rayonları işğaldan azad etdikcə cənab Prezidentə zənglərin, bu qələbə sevincini bölüşmək istəyənlərin sayı artacaq. Digər tərəfdən ermənilər bizi təxribata çəkmək istəyir. Artıq onlar Ermənistan ərazisindən ordumuza qarşı hücumlar edirlər və cavab atəşi açılmasını istəyirlər, biz buna getməyəcəyik. Azərbaycan nə 1992-ci ildə, nə də indi bu savaşın qlobal savaşa çevrilməsini istəyib. Amma Ermənistan elə görüntü yaratmaq istəyir ki, 3-cü dövlətlər bura müdaxilə etsin. Buna yol verməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR