Ermənistan tərəfdən başqa ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiq olunub

Ermənistan tərəfdən başqa ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiq olunub
  • Clock-gray 21:17
  • calendar-gray 01 Noyabr 2020

"Reuters" agentliyinin yaydığı bir reportajda Ermənistan tərəfdən xarici ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiqlənib.

APA-nın məlumatına görə, məqalədə Livan vətəndaşlarının Ermənistandakı döyüşlərə cəlb edilməsindən bəhs edilir. Yazı erməni əsilli Livan vətəndaşlarının Ermənistanda döyüşlərə necə qoşulduqları barədə məlumatlar əsasında hazırlanıb.

"Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o, heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi. Livanlı-erməni gənc, onun köçməsindən qısa müddət sonra Azərbaycan və etnik erməni qüvvələri arasında münaqişə başlayanda çox düşünmədi. Soyadı ilə tanınmamasını istəyən Vartkes telefonla "O gecə getmək istədim" dedi" deyə, məqalədə qeyd olunub. 

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi isə "Reuters"ə xarici ölkə vətəndaşlarını dəqiq rəqəm qeyd etmədən "diasporadan bir çoxu" kimi təqdim edib  və onların könüllü olmaq üçün müraciət etdiyini söyləyib: " Yerli təlimatçı deyir ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə adam döyüş təlimi keçmək üçün Ermənistana gəlib" deyə, agentliyin məqaləsində qeyd olunur. 

Yerevanda döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Agacanyan, Reuters agentliyinə onun düşərgəsində təxminən 10 Livan vətəndaşı olan erməninin təlim keçdiyini söyləyib. Sentyabrın sonlarında döyüşlərin başlamasından sonra cəbhə bölgəsinə getmək üçün onların Beyrutdan gəldiklərini qeyd edib.

" Cəmiyyətin üzvləri deyirlər ki, çoxsaylı erməni əsilli Livan vətəndaşları döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan İrəvana gedirdilər. Livanın iqtisadi çöküşü və daha sonra avqust ayında təxminən 200 insanın ölümü ilə nəticələnən Beyrut limanındakı partlayış da bu miqrasiyanı tətiklədi.

Erməni İnqilab Federasiyası partiyasının rəhbəri, Livanın millət vəkili Hagop Pakradounyan, Livandan könüllüləri qeydiyyata alan və göndərən hər hansı bir təşkilatın olmadığını söyləyib", - müəllif yazır.

Agentliyin yazdığına görə, ermənilər Livanı da prosesə qatmağa çalışıblar. 

"Reuters" yazır: "Beyrutdan çıxan əsas magistral yoldakı körpülərdən asılmış ağ plakatlarda belə yazılıb: “Azəri təcavüzünü dayandırın".

Livanın böyük ölçüdə erməni şəhəri olan Ancar şəhərində isə Ermənistan tərəfdən döyüşdüyü üçün məhv edilmiş Kevork Hacyan adlı Livan vətəndaşının xatirəsi yad edilib: "O, Livanda doğulmuşdu və opera müğənnisi idi.

Bir çox sakin onu qəhrəman hesab edir.

Müğənninin 74 yaşlı anası Sosse Hadcyan deyir ki, günlərlə televiziyanı izləyib və öldürülən döyüşçülərə ağlayıb. Ancaq qardaşı onun oğlunun ölüm xəbərini deyənə qədər oğlunun cəbhədə olduğunu bilmirmiş". 

 

apa-logo-mini

Digər xəbərlər